Hərbi Dəniz Qüvvələrində kompleks yoxlamalar: <span style="color:red;">həbs edilənlər var  - <span style="color:red;">YENİLƏNİB
02 aprel 2014 13:44 (UTC +04:00)

Hərbi Dəniz Qüvvələrində kompleks yoxlamalar: həbs edilənlər var - YENİLƏNİB

0

Azərbaycan Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Prokurorluq və Maliyyə Nazirliyinin iştirakı ilə kompleks yoxlamalar aparılır.

 

APA-nın məlumatına görə, yanvarın sonlarından başlayan yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb.

 

Yoxlamalar HDQ-nin son 15 ildəki fəaliyyətini əhatə edir. Yoxlamaları aparan müstəntiqlər və Maliyyə Nazirliyinin nümayəndələri tərəfindən gəmi kapitanlarından ifadələr alınıb. Artıq ilkin araşdırma zamanı sabiq komandan, vitse-admiral Şahin Sultanov komandan olduğu dövrdə külli miqdarda vəsaitin mənimsənilməsinə dair faktların ortaya çıxdığı bildirilir.

 

Eyni zamanda HDQ-nin 6 hərbi qulluqçusu saxlanılıb.

 

Yoxlamalar zamanı gəmilərin təmiri, eləcə də təchizatla bağlı çoxlu sayda nöqsan aşkarlanıb. Məlumata görə, HDQ-də gəmilərin təmiri üçün ayrılan vəsaitin düzgün istifadə olunmaması, istismar dövrünü başa vuraraq istifadədən çıxarılmış gəmilərin HDQ-nin döyüş sıralarında göstərilərək, saxlanılması üçün büdcədən əlavə vəsaitin götürülməsi, gəmilərin rənglənməsi üçün saxta sənədlərlə yüz tonlarla boyanın alınması, təmir işlərinin gəmi kapitanlarının hesabına aparılması, HDQ-yə məxsus bəzi yaşayış və iaşə sahələrinin saxta sənədlərlə ayrı-ayrı adamların adına özəlləşdirilməsi və s. kimi faktlar üzə çıxıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən HDQ-də aparılan yoxlamalarla bağlı APA-nın sorğusuna cavab verilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4357

Oxşar yazılar