Azərbaycanda həkim baş həkimi iş otağında bıçaqladı - <span style="color:red;">FOTO
05 avqust 2019 20:55 (UTC +04:00)

Azərbaycanda həkim baş həkimi iş otağında bıçaqladı - FOTO

0

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb. 

Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. Belə ki, P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxlu qan itirib. Onun Sumqayıtda "Şəfqət" klinikasında əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.

P.İbrahimov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1758

Oxşar yazılar