Hakim 11 il hökm oxudu -<span style="color:red;"> 5 manata görə...
26 avqust 2015 17:49 (UTC +04:00)

Hakim 11 il hökm oxudu - 5 manata görə...

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının əl çantasını alıb qaçan iki gəncin məhkəmə prosesi başa çatıb. Lent.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılovun bu ilin fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində “VAZ-2108” markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talayıblar.

 

Hökmə əsasən Yelmar Surxayzadə 4 il, Xəyal İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar