Hacıqabulda mikroavtobus aşıb: 2 nəfər xəsarət aldı
08 iyun 2019 18:37 (UTC +04:00)

Hacıqabulda mikroavtobus aşıb: 2 nəfər xəsarət aldı

0
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi  “Volkswagen” markalı  99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 753

Oxşar yazılar