“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov yeni yaradılmış, Azərbaycan sələfilərinin mövqeyini təbliğ edəcək selefxeber.az informasiya agentliyi haqda danışıb. O, Lent.az-a verdiyi açıqlamada, saytın onun məsləhəti ilə yaradıldığını bildirib: “Qardaşlar mənimlə məsləhətləşdilər ki, belə bir niyyətimiz var. Mən də dəstək verdim. Düşünürəm ki, belə bir saytın fəaliyyət göstərməsi ziyanımıza olmaz, əksinə faydalı olar”.
Q.Süleymanov bundan sonra mətbuata ancaq həmin sayt vasitəsilə çıxacağını da qeyd edib: “Bir də görürsən, qəzet və yaxud hansısa bir sayt məndən açıqlama, müsahibə alır. Həmin açıqlama və müsahibələrdə də bilərəkdən, ya da bilməyərəkdən təhriflərə yol verilir. Ona görə də bundan sonra müsahibələrim həmin saytda yayımlanacaq”.