Gülər Əhmədovadan Ayxanın həbsinə REAKSİYA: “Şoka düşdüm”
25 iyun 2014 17:09 (UTC +04:00)

Gülər Əhmədovadan Ayxanın həbsinə REAKSİYA: “Şoka düşdüm”

0

Sabiq deputat, Gülər Əhmədova İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilməsi xəbərinə təəccüblənib. 


Lent.az-ın “aznews.az”a istinadən xəbərinə görə, o, bu məsələdən xəbərsiz olduğunu deyib: “O niyə həbs olunub? Nəyə görə həbs olunub? Mən buna çox təəccübləndim. Axı nə baş verib? Nə deyim vallah, Allah qapısını açsın. Allah köməyi olsun. Mən şoka düşdüm...”

Qeyd edək ki, sabiq millət vəkili Gülər Əhmədovanın “mandat alveri” qalmaqalında hallanan mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov bu gün həbs olunub. O, təkrar oğurluqda təqsirli bilinərək, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3510

Oxşar yazılar