Goranboyda 2 maşın toqquşdu: <span style="color:red;">ölənlər və yaralananlar var
10 aprel 2018 14:09 (UTC +04:00)

Goranboyda 2 maşın toqquşdu: ölənlər və yaralananlar var

0

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Qızılhacılı kəndi ərazisində “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.  

 

Xəsarət alaraq xəstəxanaya çatdırılan Qızılhacılı kənd sakini Məmmədova Cəmilə Əsgərxan qızı isə orada ölüb.

 

Hadisə zamanı xəsarət alan daha 3 nəfər - Qızılhacılı sakinləri - 1988-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova və Tapqaraqoyunlu kənd sakini, 1981-ci il təvəllüdlü Ulduz Əmrahova Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar