Gənclər və İdman Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətində yoxlama aparılacaq
25 fevral 2013 11:25 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətində yoxlama aparılacaq

0

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

 

Lent.az-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Hesablama Palatasının Kollegiya iclasında Ağcabədi və Goranboy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Beyləqan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə dair auditlərin nəticələri üzrə Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub.

 

Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına və tədbirlərə, Nazirliyin tabeliyindəki qurumların (seçmə qaydada) maliyyə təsərrüfat fəaliyyətinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına Liseyə, Azərbaycan Turizm İnstitutuna, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Bakı şəhər İcra Hakimiyyətinə “Bakı şəhərində binaların təmiri, bərpası, gücləndirilməsi, işıqlandırılması, şəhərdə abadlaşdırma işlərinin aparılması, fəvvarələrin inşası və tikinti sahələrindən əhalinin və obyektlərin köçürülməsi” və “Bakı şəhərinin qəsəbələrində və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması” layihələrinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, habelə Kürdəmir və Hacıqabul rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair audit proqramları da təsdiqlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1015

Oxşar yazılar