Narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən 1995-ci il təvəllüdlü Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışda M.Hüseynovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. M.Hüseynova son sözlə çıxış edərək , peşman olduğunu deyib. Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə M. Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü M. Hüseynova Gəncədən Bakıya 3 kilodan çox marixuana gətirərkən saxlanılıb. Ona Cinayət Məcəlləsini 234.4.3( külli miqdarda narkotik maddənin dövriyyəsi) maddəsi iıə ittiham verilib.