Gəncədə ağır qəza: 3 yaralı
01 oktyabr 2017 12:07 (UTC +04:00)

Gəncədə ağır qəza: 3 yaralı

0

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

 

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər Şəmkir rayon sakinləri, 1993-cü il təvəllüdlü Mirməmmədov Rəşad, 1988-ci il təvəllüdlü Cəfərzadə Vaqif və 1993-cü il təvəllüdlü Hüseynov Natiq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar