Gəncədə qəzada xəsarət alanların kimliyi bilindi - <span style="color:red;">YENİLƏNİB
03 noyabr 2017 21:08 (UTC +04:00)

Gəncədə qəzada xəsarət alanların kimliyi bilindi - YENİLƏNİB

0

Gəncənin Atabəylər prospektində baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil oğludur.

 

Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

***

 

Gəncədə yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar