Gədəbəydə kütləvi dava: <span style="color:red;">xəsarət alan var - <span style="color:red;">FOTO
09 dekabr 2014 10:23 (UTC +04:00)

Gədəbəydə kütləvi dava: xəsarət alan var- FOTO

0

Gədəbəydə kütləvi dava baş verib. Lent.az-ın “Kəpəz tv”-ə istinadən verdiyi məlumata görə, hadisə Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində qeydə alınıb. Münaqişə zamanı Dəyirmandağ kənd sakini 23 yaşlı Elşən Alıyev ağır bədən xəsarətləri alıb. Yaralı yaxınlarının köməkliyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

E. Alıyevin müalicə üçün reanimasiya şöbəsinə köçürülməsi planlaşdırılır.

Zərərçəkənin atası Valeh Alıyevin sözlərinə görə, oğlu həmyerliləri olan Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxslər tərəfindən döyülüb. Bunun üçün dostlar əvvəlcədən plan qurub: "Oğlumu Tural Allahverdiyev, Vüqar Abdullayev və Ruslan adlı şəxs gəlib maşınla evdən aparıblar. Dəyirmandağı kəndində orada isə ölümcül döyüblər. Sonra isə gətirib evimizin 20 metrliyinə atıb gediblər. Planları ancaq öldürmək olub".

Faktla bağlı araşdırma aparılır. Hazırda Gədəbəy polisi kütləvi davanın iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar