Gecəyarısı evə soxulub ət apardılar – BAKIDA
02 avqust 2015 16:57 (UTC +04:00)

Gecəyarısı evə soxulub ət apardılar – BAKIDA

0

Bakıda mənzildən oğurluq edilib. Lent.az-ın məlumatına görə, Səbail rayonu Asif Məmmədov küçəsində yaşayan 1941-ci il təvəllüdlü İsmayılov Yaşar Muxtar oğlu bildirib ki, naməlum şəxs və ya şəxslər saat 02-dən 07:45-dək, yəni onun yatmış olduğu vaxt mənzilə soxulub. Mətbəxin açıq qalmış pəncərəsinin setkasını kəsən oğru daha sonra qonaq otağına daxil olub. Buradan 2 ədəd telefon və 100 manatlıq qab-qacaq oğurlayan naməlum şəxs soyuducudakı 2 kiloqram əti də özü ilə aparıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar