Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun 5-ci Qayıdış qəsəbəsində "Mercedes" markalı, 19 BG 858 dövlət qeydiyyat nişanlı minik avtomobili 60 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Füzuli rayon Polis Şöbəsində cinayət işi açılıb.