FHN-dən Bakıda uçan bina ilə bağlı <span style="color:red;">AÇIQLAMA
02 mart 2015 18:19 (UTC +04:00)

FHN-dən Bakıda uçan bina ilə bağlı AÇIQLAMA

0

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonunda tikilməkdə olan binanın uçması barədə yayılan məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FHN-in ekspertləri hadisə baş verən əraziyə baxış keçiriblər. Baxış zamanı həmin obyektin qanunsuz tikildiyi müəyyənləşib. Həmçinin tikinti zamanı yol verilən nöqsanlar nəticəsində beton tökmək üçün quraşdırılmış taxta qəlib uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Qeyd edək ki, bu gün "virtualorg.az" saytı Bakıda tikilməkdə olan ticarət mərkəzinin uçması barədə məlumat yayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar