Əvəz Ələkbərovun xalası oğlunun qətlinə dair məhkəmədən YENİ XƏBƏR
08 aprel 2016 11:57 (UTC +04:00)

Əvəz Ələkbərovun xalası oğlunun qətlinə dair məhkəmədən YENİ XƏBƏR

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı və vəkillər prosesdə iştirak etmədiyi üçün aprelin 12-ə qədər proses təxirə düşüb.

 

 

 Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası keçən il noyabr 3-də keçirilib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntuları olduğu üçün işin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin etmiş, işi ibtidai istintaqa qaytarmışdı.

 

Qeyd edək ki, məlum hadisə 2014-cü ilin sentyabrında törədilib. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi vurulmaqla amansızlıqla qətlə yetirilib. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar