İvanovoda baş verən cinayətin detalları bəlli olub.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, şahidlər deyiblər ki, 2 yaşlı qızı öldürməkdə təqsirləndirilən azərbaycanlı qadın bu cinayəti qısqanclıq zəminində edib.
İddiaya görə, qadın nənəsi ilə parka gəzməyə çıxan azyaşlını oğurlayaraq çaya atıb. Körpənin meyiti polislərin axtarışı nəticəsində tapılıb.
Bu gün cinayətlə bağlı keçirilmiş ilk məhkəmə zamanı qadının məhkəmə-psixoloji ekspertizadan keçirilməsinə qərar verilib. Onun psixoloji vəziyyətinin normal olmadığı ehtimal edilir.
Qeyd edək ki, 25 yaşlı azərbaycanlı Q. Şirəliyeva ilə rəsmi nikahda olan S.Şirəliyevin iki övladı var və qadının övladlarına qarşı heç vaxt mənfi münasibət göstərmədiyi də deyilir. S.Şirəliyev açıqlamasında arvadının bu cinayəti törətdiyinə inanmadığını söyləyib.
***
10:17
Rusiyanın İvanovo şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın tutulub.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, tutulan şəxs 24 yaşlı Gülnar Şirəliyevadır.
Lakin o, heç bir cinayət törətmədiyini bildirib.
G. Şirəliyeva deyib ki, evdən çıxıb mağazaya gedərkən saxlanılıb.
İstintaqın versiyasına görə, G. Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb.