Ər və arvadı ağır qəzaya düşdü: ölən var
15 avqust 2014 16:53 (UTC +04:00)

Ər və arvadı ağır qəzaya düşdü: ölən var

0

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunun 13-cü km-də, rayonun Yaqubova kəndi ərazində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Şıxəmmədov Mahmud Şıxməmməd oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib. Maşında olan sərnişin, sürücünün həyat yoldaşı, 1953-cü il təvəllüdlü Şıxəmmədova İmarə Murad qızı müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2297

Oxşar yazılar