Elşad Abdullayevə <span style="color:red;">HÖKM OXUNDU : <span style="color:red;">9 İL
28 aprel 2015 18:26 (UTC +04:00)

Elşad Abdullayevə HÖKM OXUNDU: 9 İL

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Şamaxı rayon sakini Elşad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirlən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmü ilə E. Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Abdullayev tutulub. O, ötən ilin oktyabrın 6-da Elşən Ələkbərovun evindən 50 manat və qızıl əşyalar oğurlayıb. Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb .
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar