Ələt-Astara magistralında dəhşətli qəza: <span style="color:red;">5 nəfər ölüb  - <span style="color:red;">YENİLƏNİB
22 fevral 2015 19:56 (UTC +04:00)

Ələt-Astara magistralında dəhşətli qəza: 5 nəfər ölüb - YENİLƏNİB

0

Ələt-Astara yolunun Salyan rayonu Şorsulu qəsəbəsi ərazisində baş verən dəhşətli yol qəzasında ölənlərin adı məlum olub.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-də saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində Lənkəran rayonu Xolmilli kənd sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 07-BC-315 dövlət nömrə nişanlı avtomobil Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi MAZ markalı, 10-OR-908 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

 

Nəticədə “VAZ-2106 markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri - 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, 1958-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlu, 1958-ci il təvəllüdlü Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüb.

 

Faktla bağlı BDYPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

 
 
*****
 
 
19:56
 
 
Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub.

 

Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb.

 

Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir.

 

Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar