Cəlilabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Ələt-Astara magistralının 126-cı kilometrliyində 90 GX 621 nömrə nişanlı "Opel" ilə 09 BL 053 dövlət qeydiyyatlı "VAZ 2107" toqquşub. Nəticədə 22, 27, 28 və 35 yaşlı 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.