<b>Məhkəmədə dava düşdü</b>
07 sentyabr 2016 13:10 (UTC +04:00)

Məhkəmədə dava düşdü

0

 

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda, hədə qorxu ilə tələb etməkdə təqsirləndirilən Hüseyn Rəhmanov və Ramin Ayvazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilməyiblər. Məhkəmədə zərərçəkən şəxs Teymur Cəlilov ifadəsində bildirib ki, təqsirləndirilən şəxslər ofisə daxil olaraq əlini qolunu bağlayaraq 500 manat pul tələb ediblər. Bu zaman təqsirləndirilən Hüseyn Rəhmanov buna kəskin etiraz edib. Arada qarışıqlıq yaranıb. H. Rəhmanov səs-küy salıb. O, kəskinliklə ortada heç bir cinayətin olmadığını, zərərçəkənin yalan danışdığını deyib və prosesdə sinirlərinə hakim ola bilməyib. Penitensiar Xidmətin və yerli icra orqanın əməkdaşlarının səyi nəticəsində münaqişəni yatırdıblar. Məhkəmə prosesi təxirə salınıb. Proses sentyabrın 16- da davam edəcək.

 

 

 

Qeyd edək ki, ittihama görə, keçən il dekabrın 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb. Bundan bir gün sonra, yəni dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər Teymur Cəlilovu bıçaqla hədələyiblər və onun mobil telefonunu alıblar. Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ramin Ayvazov və əvvəllər məhkum olunmuş Hüseyn Rəhmanov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar