Hazırda 329 yuxarı səviyyəli domen mövcuddur, qeydiyyatdan keçmiş domen adlarının ümumi sayı isə 246 milyona bərabərdir.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, onların 104,9 milyonu “.com”, 14,1 milyonu “.net”, 9,7 milyonu “.org”, 6,7 milyonu “.info” və “2,2” milyonu “.biz” domeninin payına düşür.
“GoDaddy.com” ən böyük domen registratoru olaraq qalıb. Onun bazar payı 32.44 faizə bərabər olub. “Investing.com” 2012-ci ildə satılmış ən bahalı domen adı olub. Sazişin qiyməti 2,45 milyon dollar təşkil edib.