Dəliməmmədlidə oğurluq etmişdi<span style="color:red;"> - Xaçmazda tutuldu
29 mart 2018 12:47 (UTC +04:00)

Dəliməmmədlidə oğurluq etmişdi - Xaçmazda tutuldu

0

Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib. Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Samux rayon sakini İbrahim Məmmədov olduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar