Bu gün dələduzluqda təqsirləndirilən Arzu Balayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Bayayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Balayeva şəhər sakinlərinin etimadını qazanaraq pul alaraq mənimsəyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.