Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1982-ci il təvəllüdlü Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ələvsöt Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyası Cinayət Məcəlləsinin 70-ci maddəsini rəhbər tutaraq P. Hüseynovu 3 il müddətinə şərti cəzaya məhkum edib. P. Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, P.Hüseynov Korrupusiya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb və Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə ittiham olunub.