Dəhşətli qəzada ölən gənclər deputatın yaxın qohumlarıdır <span style="color:red;">- FOTOLAR
06 iyul 2017 12:10 (UTC +04:00)

Dəhşətli qəzada ölən gənclər deputatın yaxın qohumlarıdır - FOTOLAR

0

 

Ötən gecə Ələtdə baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən gənclərin üçü də ali təhsilli olub. Hərbi xidməti başa vurub Bakıya gələrkən düşdüyü qəzada ölən 22 yaşlı Həsən Həsənov UNEC-i bitiribmiş. Dəhşətli qəzada ölən Üzeyir və Rövşən Hacızadə qardaşları da həmin universitetin məzunu olub.

 

Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada ölən qardaşlar İqtisad Universitetinin sabiq rektoru, millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.

 

Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var.

 

Qəzada ölən gənclərin bəzi fotolarını təqdim edirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar