Dəhşətli qəza: ananı, 2 azyaşlı oğlunu maşın vurub, oğlanlardan biri ölüb
29 iyun 2014 03:14 (UTC +04:00)

Dəhşətli qəza: ananı, 2 azyaşlı oğlunu maşın vurub, oğlanlardan biri ölüb

0
Qaxda ananı və iki azyaşlı oğlunu maşın vurub, oğlanlardan biri ölüb, ana isə xəstəxanaya yerləşdirilib.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, piyadaların vurulması ilə nəticələnən yol qəzası Qax şəhəri Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerdə baş verib. 1992-ci il təvəllüdlü, Qax şəhər sakini Vüqar Adil oğlu Musayev idarə etdiyi “Ford” markalı 34 BB 570 dövlət nişan nömrəli avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, rayonun Baydarlı kənd sakinləri - 1986-cı il təvəllüdlü, Zümrüd İsgəndər qızı Loğmanovanı və onun iki azyaşlı övladlarını - 2009-cu il təvəllüdlü Fuad Bəhruz oğlu Loğmanlı və 2008-ci il təvəllüdlü Murad Bəhruz oğlu Loğmanlını vurub.

 

Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan 5 yaşlı Fuad Loğmanlı Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. Digər yaralı Zümrüd Loğmanova isə Qax RMX-nın cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Zümrüd Loğmanovanın digər oğlu Murad Loğmanlının xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.  

 

Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1857

Oxşar yazılar