Bakıda mənzildən külli miqdarda pul oğurlamış şəxs tutulub. Lent.az-ın məlumatına görə,
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 5-də Bakı şəhər sakini 32 yaşlı Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlamış qohumu Nilufər Əhmədov tutulub.
Qeyd edək ki, N.Əhmədov A.Məhərrəmlinin bacısı oğludur.
Faktla bağlı araşdırma aparılır.