Daşkəsəndə “VAZ”la  “Mercedes” toqquşdu - [b]2 yaralı[/b]
25 sentyabr 2017 20:07 (UTC +04:00)

Daşkəsəndə “VAZ”la “Mercedes” toqquşdu - [b]2 yaralı[/b]

0

Daşkəsəndə ağır yol-nəqliyyat hadisəsi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.

 

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri – Daşkəsən rayon sakinləri 1981-ci il təvəllüdlü Rahib Mehrəliyev və 1977-ci il təvəllüdlü Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalara yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 211

Oxşar yazılar