Gəncədə fəhlənin dağıntının altında qalaraq ölməsi ilə bağlı cinayət işi başlanıb.
Lent.az-ın məlumatına görə, Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham İsgəndərov meyiti daxili müayinə olunması üçün Gəncə şəhəri MTE və PA birliyində aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi qaldırılıb.
****
2 mart
Gəncədə dağıntılar altında qalaraq dünyasını dəyişən fəhlənin adı məlum olub.
ONA-nın yerli bürosunun məlumatına görə, bu, Göygöl rayonunun Hacıməlik kənd sakini, 51 yaşlı İlham İsgəndərovdur.
O, tikinti ərazisində sökülmüş mişar daşlarını toplayırmış.
Qeyd edək ki, bu gün Gəncə şəhərində fəhlə bədbəxt hadisəni nəticəsində həyatını itirib.
Hadisə "Dubay bazarı" adlanan ərazidə qeydə alınıb.
Bildirilir ki, həmin ərazidə gedən tikinti işləri zamanı fəhlələrdən biri dağıntılar altında qalaraq can verib.