Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanıldı - <span style="color:red;">DİN
28 avqust 2019 11:07 (UTC +04:00)

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanıldı - DİN

0
Daxili işlər orqanlarında iki gündə qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 17 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar