<span style="color:red;">ŞOK : Cəlilabadda bir gündə iki ildırım  faciəsi: 1ölü, 3 yaralı - <span style="color:red;">YENİLƏNİB
27 may 2014 22:28 (UTC +04:00)

ŞOK: Cəlilabadda bir gündə iki ildırım  faciəsi: 1ölü, 3 yaralı - YENİLƏNİB

0

Cəlilabad rayonuna 2-ci dəfə ildırımın düşməsi daha bir bədbəxt hadisəyə səbəb olub.

 

Qaynar.info-ya bu haqda məlumatı Cəlilbad rayon sakinləri verib.

 

Sakinlərin verdikləri məlumata görə, rayon sakini heyvanları evə apararkən, at belində ildırım vurub. Nəticədə at yerindəcə ölüb. Kənd sakini isə, ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda onun drumunun ağır olduğu bildirilir.

 

***

 

21:36

Cəlilabad rayonunda kartof sahəsində işləyən 3 fəhləni ildırım vurub.

 

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə mayın 27-də rayonunun Söyüdlü kəndi ərazisində qeydə alınıb.

 

Kartof sahəsində fəhlələr məhsul yığan zaman qəfildən ildırım çaxıb və onlardan 3-ünü vurub.

 Nəticədə Cəlilabadın Söyüdlü kənd sakini, 1953-cü il təvəllüdlü Leylaxanım Bahəddin qızı Abasova ildırım vurmadan hadisə yerindəcə dünyasını dəyişib. Onun oğlu, 1991-ci il təvəllüdlü Mürsəl Əhməd oğlu Abasov və Lənkəran rayon sakini Lətafət Allahverdi qızı Əliyeva isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Onlara uycun  tibbi yardım göstərilsə də, vəziyyətlərinin ağır olduğu bildirilir.
 

Qeyd edək ki, ildırım ölən qadının bədənin əksər hissəsini demək olar ki, külə çevirib.
 

Əlavə edək ki, ötən il mayın 28-də də Cəlilabadın Ocaqlı kəndi ərazisində oxşar hadisə baş verib. O zaman ildırım vurmadan bir nəfər ölmüş. 2 nəfər xəsarət almışdı.

 

Xatırladaq ki, bununla bağlı ilk xəbəri qaynar.info saytı yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3969

Oxşar yazılar