Cəlilabadda dəhşətli qəza: <span style="color:red;">ölən və yaralananlar var  - YENİLƏNİB
17 iyun 2014 14:46 (UTC +04:00)

Cəlilabadda dəhşətli qəza: ölən və yaralananlar var - YENİLƏNİB

0

Cəlilabad rayonunda ölümünə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini Teymur Məmiş oğlu Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn rayon sakini Asim Alixan oğlu Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

 

Güclü zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil bir neçə hissəyə ayrılıb. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü və sərnişini Seymur İlqar oğlu Qarayev hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobildə olan digər sərnişinlər - Rəvan İlham oğlu Ağazadə, Xəyal Camaləddin oğlu Mirzəxanov və həmçinin “Mercedes”in sürücüsü  Teymur Yadigarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

İlkin ehtimala görə, hadisə “VAZ-2106” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1822

Oxşar yazılar