BQXK-dan dünənki əməliyyatla bağlı <span style="color:red;">AÇIQLAMA
09 aprel 2016 10:36 (UTC +04:00)

BQXK-dan dünənki əməliyyatla bağlı AÇIQLAMA

0

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova dünən döyüş meydanında meyitlərin götürülməsi ilə bağlı həyata keçirilən əməliyyata dair açıqlama verib.

 

 

İ. Hüseynovanın Lent.az-a verdiyi məlumata görə, BQXK-nın neytral vasitəçiliyi ilə dünən münaqişə tərəfləri döyüş meydanında qalmış insan meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib.

 

Əməliyyat münaqişə tərəflərinin razılığı və müraciəti əsasında olub.

 

O ki qaldı döyüş meydanından neçə meyitin götürülməsinə, İ. Hüseynova bildirib ki, bu barədə BQXK məlumat verə bilməz: "Çünki biz yalnız neytral vasitəçiyik. Əməliyyatı keçirən tərəf biz deyilik".

 

Qeyd edək ki, dünən Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.

 

ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 377

Oxşar yazılar