Bərdə rayonunda özünü güllələyən şəxs xəstəxanada ölüb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Xanərəb kənd sakini, birinci qrup əlil Xəlilov Elnur Xəlil oğlu yaşadığı evdə təklülə ov tüfəngi ilə özünü güllələyib. Qarın nahiyəsindən ağır xəsarət alan 31 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, intihar edən Bərdə sakininin gözləri cüzi görürmüş.
******
26.01.2014 / 22:23
Bərdədə isə 31 yaşlı gənc intihara cəhd edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Xanərəb kənd sakini, 1983-cü ildə anadan olmuş Xəlilov Elnur Xəlil oğlu ov tüfəngindən özünə atəş açaraq intihar etməyə cəhd göstərib.
Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılan E. Xəlilovun həyatını xilas etmək mümkün olsa da, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.