"Yanğın aranı qarışdırmaq məqsədi ilə törədilib" - MƏHKƏMƏDƏN
16 avqust 2016 13:34 (UTC +04:00)

"Yanğın aranı qarışdırmaq məqsədi ilə törədilib" - MƏHKƏMƏDƏN

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov ifadə verib.

 

O, yanğının bilərəkdən törədildiyini bildirib: “"Məqsəd Avropa Oyunlarından öncə aranı qarşıdırmaq idi. Yanğın olanda yanan binanın yanına getdim. Daha sonra ləğv edilmiş Milli Təhlükəsizkik Nazirliyinin əməkdaşları ofisə gəlib, məni idarəyə apardılar. Nazirliyin 7 maşınında 29 nəfər gəlmişdi. İfadə verəndən sonra prokurorluğa aparıldım.

 

Təqsirləndirilənlərdən Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzovun səhhətində ciddi problemlərin olması ilə əlaqədar onu məhkəmə təkrar tibbi ekspertizadan keçirilməsi barədə qərar çıxarıb.

Ona görə məhkəmə qeyri-müəyyən günə qədər təxirə salınıb.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar