Binəqədidə su kəmərində qəza: <span style="color:red;">binanın zirzəmisi doldu
11 aprel 2015 10:21 (UTC +04:00)

Binəqədidə su kəmərində qəza: binanın zirzəmisi doldu

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonunda magistral su kəmərinin partlaması və nəticədə  çoxmənzilli yaşayış  binasının zirzəmisinə 1 metr hündürlüyündə  su dolması ilə bağlı məlumat daxil olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər zirzəminin  qapısını açıb və vətəndaşı xilas ediblər.

 

Əməliyyat saat 07:04-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar