Bibisioğlunu öldürənin pisixi durumu yoxlanılacaq - <span style="color:red;">QƏRAR
12 dekabr 2016 17:45 (UTC +04:00)

Bibisioğlunu öldürənin pisixi durumu yoxlanılacaq - QƏRAR

0

Bibisi oğlunu öldürməkdə təqsirləndirilən Cavidan Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkil hüquqlarını müdafiə etdiyi şəxsin anlaqlı vəziyyətdə olmadığnı əsası gətirərək, ekspertiza keçirilməsi haqqında vəsatət qaldırıb.

 

Məhkəmə kollegiyası vəsatəti təmin edib.

 

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar