Bayramı qara gətirən sürücüyə <span style="color:red;">AĞIR CƏZA
04 dekabr 2014 13:18 (UTC +04:00)

Bayramı qara gətirən sürücüyə AĞIR CƏZA

0

Bu gün Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə, bir nəfərin yaralanmasında təqsirli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Rahib Salmanovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Rəşad Ağaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,  hadisə bu il 29 iyulda (Ramazan bayramı günü) Xətai rayonu Əhmədli qəsəsbəsində baş verib. Gəncə prospektində 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi BMW markalı avtomobillə yolun kənarında dayanan 1968-ci il təvəllüdlü Ehtiram Bəylərova məxsus “QAZ-53” markalı avtomobillə toqquşub. BMW sürətlə hərəkət edərək “QAZ-53”ü arxadan vurub. Nəticədə, sürücü ağır yaralanıb. Onun  sərnişini, Balakən rayon sakini 1975-ci il təvəllüdlü Məzahir Həsənov hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar