Barda qıza görə adam öldürən gənc: "Dedi, qızı hardan tanıyırsan?"
30 iyun 2017 12:39 (UTC +04:00)

Barda qıza görə adam öldürən gənc: "Dedi, qızı hardan tanıyırsan?"

0

 

Barda qıza görə qətl törətməkdə təqsirləndirilən Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlunatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində  K. Ə. ifadə verib. O, tez-tez barlara getdiyini, həmin gün isə X.Paşayevi 2 barda gördüyünü bildirib: “Tanışım Xəyalə ilə 20-ci sahədə bir bara girdim, bu oğlan orada tək oturub pivə içirdi. Ordan çıxıb Bayıldakı bara getdim, mən orda olanda bu oğlanla rəhmətə gedən oğlan arasında mübahisə oldu. Onlara dedim, sakitləşin. Aralaşdılar, sonra bu oğlan bıçaq çıxarıb onu vurdu. Vurandan sonra çölə qaçdı. İçkili olduğum üçün onların niyə görə dava etdiklərini bilmədim".

 

 

İttiham olunan Xəyyam Paşayev  K.Ə.-nin mübahisənin səbəbini bildiyini, qorxusundan demədiyi bildirib: “Ceyhunla Eldəniz mənim üstümə hücum edəndə bu xanım bizi aralaşdırdı, yəqin, indi nədənsə qorxduğu üçün demir. Mən hadisənin səbəbini danışım. Barda rusdilli bir qız var idi, sərxoş idi. Həmin qız qışqıra-qışqıra danışırdı. Ceyhun da buna görə o qızla mübahisə elədi. Mən onları aralaşdırdım, Ceyhuna dedim ki, bu qızı tanıyıram. Sonra onlar dirəşdilər ki, sən bu qızı hardan tanıyırsan? Üstümə gəldilər, beşbarmaq çıxartdılar. Mən də gedib bıçaq götürdüm ki, yenə dava düşsə, gücüm çatmasa, mən də nəsə edə bilim”.

 

 

Şahid qismində dindirilən Qalib Qəhrəmanov deyib ki, hadisə baş verən bar onun atasının olub: “Xəyyam əvvəldən barda oturub pivə içirdi. Ceyhun da gəlib bununla çox maraqlandı. Ceyhun Xəyyamla dalaşmaq istəyirdi. Biraz mübahisə etdilər, mən yaxınlaşıb Xəyyama dedim ki, dava etməyin, polis gəlib buranı bağlayacaq. O da dedi, yaxşı, sakitləşib yerində oturdu. Sonra məndən siqaret istədi, dedim, yoxdu. Çölə çıxdı, fikirləşdim, yəqin, siqaret almağa gedib. Amma pencəyi və pul qabı stolun üstündə qalmışdı. Xəyyam qayıdanda Ceyhun bunun stolunda oturmuşdu. Heç nədən  Xəyyam bıçaq çıxarıb onu vurdu, sonra da pencəyini götürüb getdi. Ceyhun namaz qılan idi, amma həmin gün çox içmişdi”.

 

Qabil Qəhrəmanov deyib ki, Ceyhun Qurbanovun namaz qılan olduğunu hadisə günü bilib: “Ceyhun gəlib bizim türkiyəli barmendən pivə istədi, işçimiz ona pivə vermədi. Ceyhun da gedib tanışlarının stolundan bir bakal pivə götürüb başına çəkdi. İşçimiz mənə dedi ki, ona bax, gör nə edir?! Dedim, nə edir ki, pivə içir də. Türkiyəli dedi ki, o adam namaz qılandı”.

 

Məhkəmə prosesi iyulun 4-də davam edəcək.

 

Qeyd edək ki, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında baş verib. 1992-ci il təvəllüdlü Qurbanov Ceyhun Rüstəm oğlunu bıçaqlayaraq öldürən şəxsin 1984-cü il təvəllüdlü Paşayev Xəyyam Təyyar oğlu olduğu müəyyən edilib.

 

 

İlkin araşdırma zamanı məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra Xəyyam Paşayev kafeni tərk edib, daha sonra bıçaqla qayıdaraq 25 yaşlı Ceyhun Qurbanova bir zərbə vurub. Ürəyindən ağır xəsarət alan Ceyhun təcili tibbi yardım stansiyasında vəfat edib.

 

Bildirilir ki, Ceyhun Qurbanovun digər qardaşı keçən il yol qəzasında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar