Ödəmə terminalından oğurluq etməkdə təqsirləndirilən Mobil Ağabalayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, M. Ağabalayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, oğurluq hadisə rayonun Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz şəhər polis bölməsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində “Ekspressbank” ASC-yə məxsus ödəmə terminalından oğurluq edən 1991-ci il təvəllüdlü Mobil Ağabalayev saxlanılıb. Məlum olub ki, o, "Ekspressbank” ASC-yə məxsus ödəmə terminalının üst qapağını sındıraraq 12 min 801 manat pulu oğurlayıb.