Mənimsəmədə təqsirləndirilən "Atabank"ın filial müdiri olmuş İlham Qasımovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.
Məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs dəymiş ziyanla bağlı ödəniş etmək niyyətinin olduğun bildirib.
Qeyd edək ki, İlham Qasımov "Atabank"ın filial müdiri vəzifəsində çalışıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 308-ci maddəsi ilə ittiham edilir.
İş üzrə dəymiş ziyan 386 min manatdır. Bundan bir hissə ödənilib. Hazırda ümumi borc 150 min manatdır.