Bakının Xətai rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color:red;">FOTOLENT  - VİDEO - YENİLƏNİB
12 iyun 2019 02:01 (UTC +04:00)

Bakının Xətai rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTOLENT - VİDEO - YENİLƏNİB

0

Video əlavə olunub.

 

***

 

Saat 00: 19

 

Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, avtoqəza Nobel prospektində qeydə alınıb.

 

Belə ki, Şahbazov Elçin Azər oğlu idarə etdiyi 90-OX-034 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə Nobel pospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil Şərifov Elşən Nail oğlunun idarə etdiyi 90-ZA-083 dövlət qeydiyyat nişanlı "Kia" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən "Kia" yolayırıcı maneəyə çırpılıb.

 

Hadisə nəticəsində "Kia"da olan bir sərnişin xəsarət alıb, avtomobillərə də ciddi ziyan dəyib.

 

Yol qəzasının təfərrüatlarını Xətai polisi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1079

Oxşar yazılar