Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 14-də Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində 2 nəfər naməlum şəxs orada işləyən Qazax rayon sakini Elnur Məmmədovun mobil telefonunu açıq talama yolu ilə alıb.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini Təbriz Qarayev və Ucar rayon sakini Ruslan Ələkbərli tutulublar.