Bakıda ana-balanı vuran avtobusun 22 yaşlı sürücüsü həbs edildi - YENİLƏNİB
29 fevral 2016 12:47 (UTC +04:00)

Bakıda ana-balanı vuran avtobusun 22 yaşlı sürücüsü həbs edildi - YENİLƏNİB

0

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda sərnişin avtobusunun törətdiyi ağır yol qəzası ilə bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub. Nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N. Hüseynovanın müalicəsi isə davam etdirilir.

 

Faktla bağlı  Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

*****

 

10:09

 

Bakıda sərnişin avtobusunun törətdiyi dəhşətli qəza nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

 

Lent.az xəbər verir ki, Parlament prospektində 1994-cü il təvəllüdlü Novruzov Orxan Balarza oğlunun idarə etdiyi və 63 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla 1980-ci ildə anadan olmuş, Bakı sakini Hüseynova Səadət Yaqub qızı və onunla eyni ünvanda yaşayan qızı, 2000-ci ildə anadan olmuş Hüseynova Nuranə Arif qızını vurulub. Nəticədə Səadət Hüseynova Kliniki Tibbi Mərkəzdə vəfat edib, Nuranə Hüseynova isə müalicəsini davam etdirir. 

 

 

*****

 

28 fevral 10:00

 

Bu gecə Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ana və qızını vurub. Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun 16 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1013

Oxşar yazılar