Bakının mərkəzində KÜTLƏVİ DAVA: yaralılar və xeyli həbs edilən var
05 fevral 2015 11:22 (UTC +04:00)

Bakının mərkəzində KÜTLƏVİ DAVA: yaralılar və xeyli həbs edilən var

0

Bakının mərkəzində gecə saatlarında kütləvi dava-dalaş olub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 4-də saat 00.50 radələrində, 28 may küçəsində Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyevə və 1986-cı il təvəllüdlü Rəşad Mustafayevə bıçaqlanıb. Onlara xəsarət yetirməkdə şübhəli bilinən, Neftçala rayon sakinləri – 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar