Bakının mərkəzində <span style="color:red;">GÜLLƏLƏNMƏ - 6-cı qardaş da öldü
15 noyabr 2016 14:35 (UTC +04:00)

Bakının mərkəzində GÜLLƏLƏNMƏ - 6-cı qardaş da öldü

0

Dünən Bakının Yasamal rayonunda - Parlament prospekti 1 ünvanındakı 9 mərtəbəli binada 58 yaşlı Ziyafət Hüseynovun özünü güllələyərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları Lent.az-a bildiriblər ki, Z.Hüseynov xeyli vaxtdır, ürək xəstəliyindən əziyyət çəkirmiş. Mərhum daha əvvəl müxtəlif dövlət orqanlarında işləyib. 

 

Bildirilir ki, Z.Hüseynov çoxuşaqlı ailədə doğulub. 7 qardaşdan biri olan Z.Hüseynovun daha əvvəl 5 qardaşı vəfat edib. 

 

 O da bildirilir ki, Z.Hüseynovun atası sovet illərində daxili işlər və xüsusi xidmət orqanlarında bir sıra vəzifələri tutub.

 

Ölüm faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

10:15

 

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Parlament prospekti-1 ünvanındakı binanın doqquzuncu mərtəbəsində - lift şaxtasının otağında güllələnmiş kişi meyiti aşkarlanıb. İlkin araşdırmadan sonra ölən şəxsin 1958-ci il təvəllüdlü Hüseynov Ziyafət Paşa oğlu olduğu müəyyən edilib. Onun ov tüfəngi ilə özünü güllələyərək intihar etdiyi bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar