Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Səbail rayonu Ü.Hacıbəyli küçəsində "Hyundai" markalı minik avtomobili mopedi vurub. Nəticədə mopedi idarə edən 20 yaşlı oğlan ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.