Bakının mərkəzində ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, gecə saat 21:50 radələrində Parlament prospektində “Mercedes” markalı avtomobil yolu keçən 35-40 yaşlı qadını vurub. Ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.
Araşdırmalar nəticəsində məlum olub ki, ölən qadın 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.